Roman Abramoviç 65 milyon dollara İsrailin ən bahalı villasını alıb.
SİA xəbər verir ki, villa Tel-Avivdən 15 kilometr şimalda Gersliya-Pituax şəhərində yerləşir. Sahibkar 2 min kv.m. sahəsi olan mülkün alınması barədə sövdələşməni 2006-cı ildə Gersliya-Pituax şəhərində iki torpağ sahəsini 21 milyon dollara alaraq birləşdirən və yuxarıda qeyd edilən villanı tikən milyarder Alan Qovard ilə imzalayıb.
Bildirilir ki, bu 2018-ci ilin mayında İsrail vətəndaşlığını almış R.Abramoviç tərəfindən ölkədə alınan ilk əmlak deyil. 2015-ci ildə iş adamı Təl-Əvivin cənubundakı tarixi Neve Tzedek rayonunda "Varsano" butiki otelini və on bitişik 1.5 min kvadrat metr olan ərazini 25 milyon dollara əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB