Fransa Milli Assambleyasında martda ölən deputat may səsverməsində iştirak edib

Fransa Milli Assambleyasında qanun layihəsinə səsvermədə artıq bir neçə aydır rəhmətə getmiş deputatın da səs verdiyi məlum olub. SİA xəbər verir ki, Fransa Milli Assambleyasında internetdə nifrət nitqinə görə cəzasız qalmağa son qoymaq məqsədilə Avia qanun layihəsinə baxılıb. Qanun layihəsi 286 səslə qəbul olunub. Mayın 13-də keçirilən səsvermə zamanı martın 29-da 49 yaşında vəfat etmiş deputat Jan-Fransua Sezarinin də səs verdiyi aşkar olunub. Milli Assambleyadan siyahını yeniləməyi unutduqları bildirilib. Ancaq Assambleyanın özünümüdafiəsi inandırıcı olmayıb. Bundan əvvəl də vəfat etmiş deputatın əvəzedicisinin adından iki dəfə istifadə edildiyi yazılır. Qeyd edək ki, "İrəli Respublika" (LREM) partiyasının üzvü Laetitia Avia tərəfindən təqdim olunan qanun layihəsinə görə "irqi, dini, cinsi, cinsi oriyentasiya və ya əlilliyə görə nifrətə təhrik edən və ya ayrı-seçkilik təhqiri olan bütün mətnlər" sosial şəbəkələr və internet platformalar tərəfindən silinməlidir. Qanun layihəsi Milli Assambleyada son oxunuşdan sonra internetdəki nifrət nitqinə görə cəzasız qalmağı hədəfləyən Avia qanunu Konstitusiya Şurasının son qərarını gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə