Danimarkada martın 13-dən bəri ilk dəfə sutka ərzində koronavirusdan ölən olmayıb

Danimarkada martın 13-dən bəri ilk dəfədir ki, koronavirusdan ölən olmayıb. AZƏRTAC Danimarka KİV-lərinə istinadən xəbər verir ki, bu, mayın 15-də qeydə alınıb. Eyni zamanda, ölkədə təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 78 nəfər artaraq 10 min 791-ə çatıb. Xəstələrdən 10-u sağalıb, 137 nəfərin müalicəsi davam etdirilir. İndiyədək virusdan 537 nəfər həyatını itirib.

Danimarka səhiyyə orqanlarının fikrincə, koronavirusun ikinci dalğasının krallığa zərər vurması mümkün deyil. Odur ki, ölkədə vətəndaşların həyatı normal axara qayıtmaqdadır. Belə ki, yuxarı sinif şagirdləri üçün məktəblərin yenidən açılması ilə yanaşı, bir çox dükanlar və restoranlar da fəaliyyətə başlayır.

Hazırda bu ölkədə koronavirus diaqnozu qoyulan insanların 83 faizi sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə