Dörd tərəfdən Cənubi Afrika Respublikası ilə əhatə olunmuş Lesoto Krallığında ilk COVID-19-a yoluxma hadisəsi qeydə alınıb.
SİA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Cənubi Afrika və Səudiyyə Ərəbistanından gələn səyahətçilərdən götürülən koronavirus testlərindən 81-i müsbət nəticə verib.
Qeyd edək ki, qitənin cənubunda yerləşən digər ölkələrdə koronavirus aşkarlansa da, bu günə qədər Krallıqda yoluxma halı olmamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB