Donald Tramp: “İnanıram ki, koronavirus infeksiyası sonda öz-özünə yox olacaq”

“İnanıram ki, koronavirus infeksiyası sonda öz-özünə yox olacaq”.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə görüşündə deyib.

“Mən yalnız həkimlərin dediklərinə güvənirəm. Onlar virusun gedəcəyini deyirlər. Bu o demək deyil ki, o, payızda və ya payızdan sonra gedəcək. Bəzi məqamlarda bəlkə də özü yox olacaq. Ancaq peyvənd əldə edə bilsək, çox faydalı olar”, - Tramp belə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...