...ABŞ-ın Florida ştatının sahillərində arxeoloqlar 310 il əvvəl batmış İspaniya gəmilərindən qızıl və gümüş sikkələr aşkar ediblər.
SİA xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Əfsanəvi xəzinəni axtarmaq üçün xüsusi olaraq yaradılmış 1715 Fleet – Queens Jewels MMC tərəfindən mindən çox sikkə aşkar edilmişdir.
Tapıntının dəyəri bir milyon dollar qiymətləndirilir.
Aşkar edilmiş sikkələr İspaniyanın Boliviya, Meksika və Peru koloniyalarında zərb edilib və 11 qalyonda İspaniyanın materikinə daşınıb.
1715-ci ildə bu gəmilər tufana düşüb və onların qiymətli yükləri Florida sahillərində batıb.
Daşıdıqları əşyaların dəyərinə görə, bu ispan qalleonlarına "Gümüş Ddonanma", artefaktların özləri isə "İspan Kraliçasının xəzinəsi" ləqəbini veriblər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə