...Yadplanetlilərin sualtı bazaları Baham adaları yaxınlığındakı Atlantik Okeanında gizlənə bilər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu yerdən kənar hadisələri araşdıran avetraliyalı tədqiqatçı Maykl Salla bildirib.
Mütəxəssis diqqəti Okeanın dili bölgəsinə - Baham adaları yaxınlığında, 3000 fut dərinlikdə olan dərin xəndəyə çəkib. Onun sözlərinə görə, bura təkcə sualtı qayıqlar üçün deyil, həm də yerdən kənar obyektlər üçün ideal yerdir.
Salla xatırladıb ki, onlarla hadisə şahidi UFO-ların bu ərazidə suya daldığını və yenidən səthə çıxdığını görüb.
O, həmçinin qeyd edib ki, mənbələrdən - hərbçilərdən və yüksək səviyyəli məmurlardan - sualtı yadplanetlilərin bazalarının həqiqətən də bu bölgədə yerləşə biləcəyinə dair təsdiqini eşitmişdir.
Bundan əvvəl konqresmen Tim Burçett ABŞ ərazisində ən azı beş-altı belə obyektin olduğunu iddia etmişdi.
O, əlavə edib ki, ABŞ ordusu dəfələrlə suyun altında inanılmaz sürətlə - müasir sualtı qayıqlardan daha sürətli hərəkət edən sirli gəmiləri müşahidə edib.
Siyasətçi qabaqcıl sivilizasiyaların nəsillər boyu Yer okeanlarında gizlənə biləcəyini irəli sürdü.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə