Nəzakətli olmaq xoşbəxtliyiniz üçün niyə yaxşıdır?

Bu, bu gün xüsusilə doğrudur...

...İnternetin sarkazm və kobudluqla dolu olduğu müasir dünyada nəzakət nadir hala çevrilir.

Robert Heinlein 1982-ci ildə qələmə aldığı “Cümə” romanında yazırdı ki, “ölməkdə olan mədəniyyət hər zaman şəxsi kobudluq nümayiş etdirir”.

Bu, bu gün xüsusilə doğrudur. İnternetdə rəqəmsal texnologiya və anonimlik mədəni ünsiyyət normalarının azalmasına kömək edir,.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Atlantic yazır.

Tədqiqatlar göstərir ki, kobudluq təkcə başqaları ilə münasibətləri pozmur, həm də öz rifahımıza zərər verir.

Daha az nəzakətli olan insanlar depressiya və qıcıqlanmaya daha çox meyllidirlər.

Eyni zamanda nəzakət göstərmək əhval-ruhiyyəni yaxşılaşdırır və qəzəbi azaldır.

Nəzakət təkcə “zəhmət olmasa”, “sağ ol” kimi əsas davranış və yaxşı vərdişləri deyil, həmsöhbəti dinləmək və sözünü kəsməmək bacarığını da əhatə edir.

Maraqlıdır ki, nəzakət təkcə insanlarla ünsiyyətdə deyil, həm də süni intellektdə faydalıdır.

Psixoloqlar müəyyən ediblər ki, robota köməyə görə təşəkkür edənlər insanlara qarşı daha mehriban davranırlar.

Nəzakəti qorumaq üçün mütəxəssislər süni intellektlə ünsiyyət qurarkən belə bunu vərdiş halına gətirməyi, sarkazmdan imtina etməyi və kobudluğa kobudluqla cavab verməməyi tövsiyə edirlər. Nəzakət yalnız başqalarına qarşı xeyirxahlıq deyil, həm də rəqəmsal mədəniyyət dövründə öz xoşbəxtliyinizə qayğı göstərmək üsuludur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə