Göz yaşları zəiflik deyil, vacib olan fizioloji tənzimləmə mexanizmidir...

Kim deyir ki, kişilər ağlamaz..?

...Rusiyalı psixoloq Larisa Nikitina kişilərə istədikləri zaman ağlamağı tövsiyə edib. Ekspert hesab edir ki, emosiyaları boğmaq sağlamlığa zərərlidir.

SİA-nın məlumatına görə, o, bu barədə Life.ru saytına müsahibəsində danışıb.

Araşdırmalara görə, amerikalıların 40 faizi həftəlik ağlayır, Rusiyada isə bu rəqəm cəmi 28 faizdir.

Bu, iki ölkənin mədəni xüsusiyyətləri ilə bağlıdır..?

Məsələn, Rusiyada, bir qayda olaraq, zəifliyin təzahürləri həmişə pislənilib və bu, xüsusilə kişilərə aiddir.

...Bəzən olur, valideynlər oğul övladlarına “..sən kişisən, amma qız kimi ağlayırsan”..?

Deyilənlərə görə, bu düzgün deyil. Bu öz növbəsində uşağı özünə çəkilməyə məcbur etməkdir?

... “Güclü ol!” bir növ ailə münasibətinə çevrilib.

Yetkinlik dövründə bu təhlükəlidir, çünki yetkin kişilər öz emosiyalarını dəqiq təsvir edə bilmirlər, "hiss edirəm" sözünü "düşünürəm" ilə əvəz edirlər.

...Psixoloqun fikrincə, amerikalılar daha açıqdırlar. Bəlkə də bu ona görədir ki, onlar başqa millətlər kimi irimiqyaslı təlatümlər yaşamamışlar.

Ekspert bildirib ki, Qərbdə konfranslarda kişilər heç bir sətiraltı mətn olmadan sərbəst şəkildə ağlayır, qucaqlaşır, təriflər deyirlər.

Mütəxəssis kişilərə istədiyi qədər ağlamağı tövsiyə edir.

Çətin dövr, toxunan film və ya stress emosiyaları sərbəst buraxa bilər - və bu normaldır.

Psixoloq əlavə edir ki, göz yaşları zəiflik deyil, vacib olan fizioloji tənzimləmə mexanizmidir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə