Hansı peşə sahiblərinin pensiyaya çıxması onlara mənfi təsir göstərir?..

...Müəllimlər və cərrahlar təqaüdə çıxdıqdan sonra koqnitiv bacarıqlarını itirmək riski ilə üzləşirlər.

Bütün bunlar həyat tərzində qəfil dəyişikliklə bağlıdır. Əgər iş beyini yaxşı vəziyyətdə saxlamaq üçün daimi konsentrasiya tələb edirsə, o zaman pensiyaçı passiv həyat tərzinə keçir.

SİA-nın məlumatına görə, işi daimi konsentrasiya tələb edən insanlar pensiya yaşına çatdıqda idrak qabiliyyətlərinin azalması riski ilə üzləşə bilərlər. Məsələn cərrahlar, proqramçılar, müəllimlər və s. belə mütəxəssislər arasındadır.

İnsan aktiv işləyərkən onun beyni yaxşı vəziyyətdə qalır, lakin təqaüdə çıxmaq passiv həyat tərzinə keçidlə müşayiət olunduğu üçün bu, idrak bacarıqlarının sürətlə pozulmasına səbəb ola bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə