ABŞ və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu dəniz məməlilərinin alətlərdən istifadə etməsi ilə bağlı unikal hadisəni qeydə alıblar.
Vaşinqton əyalət sularında qatil balinalar "allocelping" adlı mürəkkəb bir davranışla məşğul olurlar - yosunlardan istifadə edərək yoldaşlarına qulluq edirlər.
SİA-nın məlumatına görə, tədqiqat Current Biology (CurBio) elmi jurnalında dərc olunub.
Tədqiqatçılar dronlardan istifadə edərək, hər yaşda olan balinaların qəhvəyi dəniz yosunlarının parçalarını dişlədiyini və bir-birlərinə uzun masaj etmək üçün istifadə etdiklərini müşahidə ediblər.
Bu davranış hər üç ailə qrupunun nümayəndələrində qeydə alınıb.
...Kelp gövdələri bu istifadə üçün ideal xüsusiyyətlərə malikdir - onlar güclü, çevik və sürüşkən bir səthə malikdirlər.
Bunu ABŞ-ın Friday Harbor şəhərindəki Balina Araşdırmaları Mərkəzindən Dr Maykl Veiss deyib.
Alimlər təklif edirlər ki, "alloçelpinq" eyni anda bir neçə funksiyaya xidmət edir: qohumlar arasında sosial əlaqələri gücləndirir, dərinin gigiyenasını təşviq edir və yosunların iltihab əleyhinə xüsusiyyətlərinə görə terapevtik təsir göstərə bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə