Alimlər dərin dəniz hörümçəkləri haqqında yeni kəşf ediblər...

...Dərin dəniz hörümçəklərinin üç yeni növü bədənlərində metan yeyən bakteriyalar yetişdirir.

SİA-nın məlumatına görə, müvafiq araşdırma PNAS-da dərc edilib.

Bu hörümçəklər Sericosura cinsinə aiddir və yalnız metan mənbələrinin yaxınlığında yaşayırlar.

Onlar 2021-2023-cü illər arasında Cənubi Kaliforniya və Alyaskada toplanıb. Hörümçəklərin ekzoskeletlərində metan və metanolu enerjiyə çevirən bakteriyalar tapılıb.

Təcrübələr göstərib ki, hörümçəklər bu bakteriyalarla qidalanırlar. Metan zonalarında yaşayan digər heyvanların da bakteriyalarla simbiozu var, lakin belə bakteriyaların üç ailəsi ilk dəfə olaraq dəniz hörümçəklərində aşkar edilib.

Onlar nəsildən-nəslə ötürülə bilər, çünki erkək hörümçəklər mikrobiomu olan yumurtaları daşıyırlar.

Erkəklər 20 günə qədər yumurta kisəsi deyilən şeyləri daşıdıqları dəqiqləşdirilir.

Kəşf həmçinin dərin dənizin ekstremal şəraitində sağ qalma strategiyalarının müxtəlifliyini vurğulayır.

Əvvəllər Almaniyanın Maks Plank adına Heyvan Davranışı İnstitutunun tədqiqatçıları ilk dəfə vəhşi təbiətdə nematodların - Yer kürəsində ən çox yayılmış orqanizmlər olan mikroskopik qurdların qeyri-adi davranışını müşahidə ediblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə