1961-ci il istehsalı olan QAZ-21 “Volqa” satılır...

Avtomobilin qiyməti Avito saytındakı elanda göstərildiyi kimi 5,95 milyon rubl təşkil edir.

Deməli, SİA-nın məlumatına görə, Rusiyada, Permdə 1961-ci il istehsalı olan “Volqa” demək olar ki, 6 milyon rubla satılır.

Avtomobilin yürüşü 57,4 min km-dir. Reklamda avtomobilin qismən korroziyaya qarşı qarışığı ilə işləndiyi, maral emblemi olan orijinal sükan, retro üslubda salon və zavodun “Volna” radiosu olduğu bildirilir.

Avtomobil mexanika və arxa ötürücü ilə təchiz olunub. Mühərrikin həcmi - 2,5 litr.

Reklamda avtomobilin ehtiyatlı saxlama və ya həftə sonu səfərləri üçün hazır olduğu bildirilir.

Xatırladaq ki, QAZ-21 “Volqa” 1956-1970-ci illərdə Qorki Avtomobil Zavodunda kütləvi istehsal edilmiş sovet minik avtomobilidir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə