Siqaret çəkmək 2025-ci ilin moda trendi adlandırılıb

...Siqaret çəkmək 2025-ci ildə yenidən dəbdədir.

SİA xəbər verir ki, bu, The New York Times-ın köşə yazarlarının gəldiyi nəticədir.

Məqalədə bildirilir ki, son bir neçə ayda məşhurlar bu və ya digər şəkildə işlərində siqaretin müxtəlif atributlarını nümayiş etdirməyə başlayıblar.

Məsələn, müğənni Beyons “Kovboy Karter” turu zamanı siqaretlə səhnəyə çıxıb, ifaçı Sabrina Karpenter “Manchild” mahnısının klipində çəngəldən siqaret çəkib.

Siqareti populyarlaşdıran ulduzlar arasında aktyor Ceremi Allen Uayt, repçi Charli XCX, müğənni Addison Rae və ifaçı Lorde də var idi.

Bundan əlavə, siqaret çəkən məşhurlara həsr olunmuş məşhur akkauntu idarə edən blogger Jared Oviatt da siqareti trend adlandırıb.

Oviatt deyir ki, o, indi hər həftə bloq üçün yeni məzmun dərc edir, halbuki əvvəllər məşhurların köhnə şəkillərini yerləşdirməli idi.

…Məni təəccübləndirir ki, indi Dua Lipa kimi ulduzlar öz lentlərində siqaret çəkərkən çəkdikləri şəkilləri açıq şəkildə yerləşdirirlər,- deyib.

Əvvəllər Ufada Respublika Xalq Sağlamlığı və Tibbi Profilaktika Mərkəzinin baş həkimi Alisa Mamayeva hesablamışdı ki, çəkilən hər siqaret insan ömrünün 11 dəqiqəsini alır.

Bundan əlavə, o, siqaret çəkən işçilərin həftədə təxminən iki saatını vərdişlərinə sərf etdiyini söyləyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə