Mixail indi də qız olmaq istəyir...

...Sankt-Peterburq sakini Petroqradski Rayon Məhkəməsinə onun qadın kimi qanuni olaraq tanınması xahişi ilə müraciət edib.

SİA-nın məlumatına görə, Sankt-Peterburq məhkəmələrinin birləşmiş mətbuat xidmətinin rəhbəri Daria Lebedeva qeyri-adi iddia ilə bağlı məlumat verib.

...Tələb maraqlıdır, Mixail qeydiyyat şöbəsini heç nəyə məcbur etməyi yox, “qadın cinsinə mənsub olmasının hüquqi faktının müəyyən edilməsini” xahiş edir, - deyə o əlavə edib ki, iş materialları hakimdədir.

İddiaçı 20 il əvvəl qız uşağı doğulub və müvafiq doğum şəhadətnaməsi var.

Lakin 18 yaşında qız kişi olmaq istəyib və cinsiyyət dəyişdirmə sertifikatı alıb.

2025-ci ilin fevral ayında “yeni adam”" fikrini dəyişib və yenidən zəif cinsin nümayəndəsi olmaq istəyib və yenidən qeydiyyat şöbəsinə gedib.

Lakin orada ona məhkəməyə müraciət etmək məsləhət görülüb.

Mixail iddiasında cinsiyyətinin cərrahi yolla dəyişdirilməməsini sübut kimi göstərir.

Lebedeva onu da qeyd edib ki, Sankt-Peterburqda indiyədək belə müraciətlərlə bağlı yalnız bir qərar qəbul edilib.

...Bundan əvvəl Sankt-Peterburq tarixində ilk dəfə iki nəfərin fahişəliyə görə məsuliyyətə cəlb edildiyi bildirilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə