...Uşağın başına düşən tısbağanın sahibi zərərçəkənin ailəsinə külli miqdarda təzminat ödəyəcək.
Deməli, SİA xəbər verir ki, “Sin Chew Daily” qəzetinin məlumatına görə, Zhao ailəsi kiçik oğlu ilə Çinin Quandun əyalətində yaşayış kompleksinin həyətində gəzirmiş.
Və bu an böyük bir tısbağa hündürlükdən uşağın başına düşüb. Nəticədə uşaq ağır bədən xəsarətləri alıb və həkimlər onu xilas edə bilməyiblər.
Müəyyən edilib ki, tısbağa Zhang adlı yaşayış kompleksinin sakininə məxsusdur.
Ölən oğlanın valideynləri tısbağanın sahibi, idarəedici şirkət və sığorta şirkətindən təzminat tələb edərək məhkəməyə müraciət ediblər.
Lakin məhkəmə yalnız heyvanın sahibinin məsuliyyət daşıdığına qərar verib. Məhkəmənin qərarına əsasən, Zhang Zhaonun ailəsinə 1,28 milyon yuan təzminat ödəməlidir. Hökmdən sonra Zhang apelyasiya şikayəti verdi, lakin yalnız bir aylıq güzəşt müddəti ala bilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə