Türkiyədən gələn pişik Burak Rusiyada qalacaq...

...Əvvəla xatırladaq ki, o vaxt bu barədə ilk yazanlardan biri SİA olmuşdu.

Deməli, SİA-nın bu dəfəki məlumatına görə, Novorossiysk limanında üç ay qaldıqdan sonra pişik Burak iyunun 10-da Novorossiysk zooparkının könüllülərinə təhvil veriləcək; Rusiyada qalacaq.

Bu barədə TASS-a Fesco nəqliyyat qrupunun mətbuat xidməti məlumat verib.

Xatırladaq ki, pişik Türkiyədən Rusiyaya gətirilən konteynərlərin birində təsadüfən tapılıb.

Fesco-nun yazdığına görə, pişiyin liman ərazisində olduğu üç ay ərzində qrupun əməkdaşlarının nəzarəti altında onun Rusiya Federasiyası ərazisində qanuni qalması üçün sənədlər hazırlanıb(?).

...Mart ayında Fesco bildirmişdi ki, İstanbuldan Novorossiyskə səyahət zamanı dənizçilər yüklərin arasında kilidlənmiş pişiyi aşkar ediblər. Dənizçilər pişiyə Burak adını qoyublar.

May ayında baytarlar pişiyi müayinə edib karantinə salmaq qərarına gəliblər, bundan sonra şirkət onun gələcək taleyinə qərar verib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə