Günəş sistemindən kənarda su kəşf edildi...

...Astronomlar ilk dəfə Günəş sisteminə bənzər sistemdə su aşkar ediblər. Cons Hopkins Universitetindən bir qrup Yerdən 155 işıq ili uzaqlıqda yerləşən HD 181327 ulduzunun ətrafında protoplanetar diskdə su buz kristalları aşkar edib. SİA-nın məlumatına görə, kəşf “Ceyms Uebb” teleskopu sayəsində mümkün olub.

...HD 181327 ulduzu gəncdir, cəmi 23 milyon yaşındadır. O, planetlərin əmələ gəldiyi maddənin qalıqları ilə əhatə olunub. Məhz diskin bu xarici təbəqələrində teleskop su buzunu kəşf edib - Günəş sistemimizin Kuiper qurşağında tapılanlar kimi "çirkli qartopu" şəklində...

Alimlər əmindirlər ki, suyun bu paylanması planetlərin əmələ gəlməsində əsas rol oynayır və hətta gələcək “Yerlərə” nəm ötürmək mexanizmini göstərə bilər.

Ulduz nə qədər yaxın olsa, su o qədər az olar.

Diskin kənarında buz kütlənin təxminən 20 faizini təşkil edir, lakin mərkəzə yaxınlaşdıqda, demək olar ki, tamamilə yox olur, ehtimal ki, ultrabənövşəyi radiasiyanın təsiri altında buxarlanır.

Bəlkə də nəmin bir hissəsi qayalı cisimlərdə - gələcək planetlərdə gizlənir.

İndiyə qədər Spitzer teleskopu bu sistemdə yalnız suyun varlığına işarə edirdi, ancaq onu birbaşa görməyə yalnız “James Webb” icazə verib.

Alimlər bu kəşfi suyun Yerdə necə meydana gəldiyini anlamaq yolunda mühüm addım adlandırırlar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə