Ömrü 30 faiz uzadan kokteyl hazırlanıb..?

Alman alimləri ömrü uzatmağın yollarını tapıblar. Onlar iki məşhur dərmandan ibarət kokteyl hazırlayıblar. Nəticədə kokteyl laboratoriya siçanlarının ömrünü uzatmaqla yanaşı, sağlamlıqlarını da yaxşılaşdırıb.

SİA-nın məlumatına görə, inkişafın müəllifləri Maks Plank Yaşlanma Biologiyası İnstitutunun tədqiqatçılarıdır.

Onlar iki məşhur dərmanı birləşdiriblər - rapamisin və trametinib.

Birincisi, piylənmənin müalicəsində istifadə olunur. Trametinib onkologiyada istifadə olunur.

Nəticədə, kokteylin tətbiqindən sonra dişi gəmiricilərin ömrü 35 faiz, erkəklərin ömrü isə 27 faiz artıb.

Bundan əlavə, siçanlar sağlamlıq vəziyyətində əhəmiyyətli yaxşılaşma göstərdi.

Xroniki iltihab azaldı, şiş böyüməsi yavaşladı, gəmiricilər aktivləşdi, ürək-damar sisteminin fəaliyyəti sabitləşib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə