...Britaniyalı astronavt Tim Pik Yer kürəsindən kənarda mürəkkəb, ağıllı həyatın olduğunu deyib.
SİA-nın məlumatına görə, o, Daily Mail ilə söhbətində yadplanetlilərlə sürətli görüş proqnozlaşdırıb.
2015-ci ilin dekabrında Pik Rusiyanın “Soyuz” kosmik gəmisinin ekipajının tərkibində Beynəlxalq Kosmik Stansiyaya (BKS) səyahət edib və 2016-cı ilin iyun ayına qədər orbitdə qalıb.
Pik etiraf edib ki, kosmosda olduğu müddətdə yaxınlıqda yad canlıların olmasına dair heç bir əlamət hiss etməyib, lakin o, onun mövcudluğuna inanır.
...Əgər 200 milyard ulduzu olan Süd Yolu qalaktikamızı götürsəniz, o, bizim görə biləcəyimiz yüz milyardlarla qalaktikadan biridir. Buna görə də Kainatın başqa bir yerində mürəkkəb ağıllı həyatın olması ehtimalı yüksəkdir.
Bunu astronavt bildirib.
O, həm də əmindir ki, bu həyatın kəşfi çox da uzaqda deyil. Pik qeyd edib ki, Kainatda çoxlu su var və bu, həyatın yaranması ehtimalının yüksək olması deməkdir.
...Bizə yaxın olan ulduzların ətrafında minlərlə ekzoplanet kəşf etdik və onların potensial yaşayış üçün çox yaxşı göstəriciləri var. Məsələn, okeanları olan planetlər var.
Bunu da britaniyalı astronavt bildirib.
O, yaxın 5-10 ildə Yerdən kənarda da həyatın hansısa formasını kəşf edə biləcəklərinə əmin olduğunu bildirib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə