...Bu bölgədə pleystosen faunasının böyük nümayəndələrinin sümük materiallarının tapıldığı 300-dən çox sahə aşkar edilmişdir, artefaktların əsas payı mamontların qalıqları ilə təmsil olunur.
SİA-nın məlumatına görə, Ryazan yaxınlığında, Oka çayının sahilində balıqçı çəkisi 6 kq olan gənc mamont dişini aşkar edərək Ryazan Tarix-Memarlıq Muzey-Qoruğuna təhvil verib.
İlkin məlumatlara görə, diş Okanın sol sahilində, Alekanovo kəndi ilə üzbəüz sürüşmə zamanı tapılıb. Alimlər onun yerdən çayla yuyulduğunu ehtimal edirlər. Tapıntının uzunluğu bir metrdir. Buz dövründə, təxminən 130 min il əvvəl, bugünkü Ryazan bölgəsinin ərazisində mamontların əhəmiyyətli bir əhalisi yaşayırmış.
Bu heyvanlar nəhayət eramızdan əvvəl II minillikdə yoxa çıxıblar. Bu bölgədə artıq dördüncü dövrə aid iri heyvanların sümüklərinin tapıldığı 300-dən çox sahə qeydə alınıb, tapıntıların əksəriyyəti mamontların qalıqlarıdır.
Bundan əvvəl Avstriyada buz dövrünə aid və yaşı 25 min il olduğu təxmin edilən "mamont emalatxanası" aşkar edilmişdi. Qazıntılar zamanı müxtəlif məqsədlər üçün istifadə edilən iki ayrı sahə də tapılmışdı. Onlardan birində qədim insanlar daş alətlərdən istifadə etməklə mamont cəmdəklərini kəsir, digərində isə mamont sümüyündən nizə ucluqları düzəldirmişlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə