...Rusiyada, İrkutskda əsl nadir avtomobil adlandırıla bilən avtomobil satılır. Bu, sahibinin 2,5 milyon rubl istədiyi 1960-cı il GAZ-21 “Volqa”sıdır.
SİA-nın məlumatına görə, reklam məşhur onlayn elanlar platformasında yerləşdirilib. Satıcı avtomobilin əla vəziyyətdə və tam bərpa olunduğunu iddia edir.
Korpus orginal rəngə boyanıb, salon yüksək keyfiyyətli dəri ilə üzlənib, mühərrik və digər aqreqatlar orginal ehtiyyat hissələri ilə tam təmir olunub.
Qeyd etmək lazımdır ki, bu nadir avtomobilin qiyməti orta sinifin yeni xarici avtomobilinin qiyməti ilə müqayisə edilə bilər.
Bu pula siz yeni krossover və ya biznes sinif sedanı ala bilərsiniz.
…Qeyd edilməlidir ki, əski avtomobillərin qiyməti təkcə texniki vəziyyətinə görə deyil, həm də tarixi dəyərinə və nadirliyinə görə müəyyən edilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə