...Dindirmə zamanı Kavauçiyama deyib ki, fırıldaqçılar onunla o qədər isti davranıblar ki, onun, onlardan xoşu gəlməyə başlayıb. Polisin məlumatına görə, evsiz pensiyaçı yeni cinayətlərdə iştirak edərək fırıldaqçılara fəal kömək etməyə başlayıb.
Yaşlı yapon qadın onu aldadan fırıldaqçılara rəğbət bəsləyib. SİA xəbər verir ki, South China Morning Post-un məlumatına görə, Fukuokadan olan 72 yaşlı Kumi Kavauçiyama martın əvvəlində telefon fırıldaqçılarının qurbanı olub.
Fırıldaqçılar onun 50 milyon yen nağd pul və qızıl əmanətini oğurlayıblar. Bundan sonra o, özünü Tokio prokurorluğunun əməkdaşı kimi təqdim edən təcavüzkardan daha bir zəng alıb. Lakin təqaüdçü polisə getmək əvəzinə gözlənilmədən onu soyan dəstəyə qoşulub.
Dindirmə zamanı Kavauçiyama deyib ki, fırıldaqçılar onunla o qədər isti davranıblar ki, onun, onlardan xoşu gəlməyə başlayıb.
Polisin məlumatına görə, evsiz pensiyaçı yeni cinayətlərdə iştirak edərək fırıldaqçılara fəal kömək etməyə başlayıb. Mayın 12-də 85 yaşlı qurbandan 12 milyon yen oğurlamağa cəhd edən qadın həbs edilib.
Kavauçiyama özünü "gizli qızı" kimi təqdim edərək yaşlı qadını banka qədər müşayiət edib, hətta hüquq-mühafizə orqanlarına vəsiqəsini də göstərib.
Zərərçəkənin oğluna hadisəni deməməyi xahiş etməsi sayəsində pulun köçürülməsi uğurlu olub. Polis daha sonra Kavauçiyamanın hesabından bir neçə sübut olunmuş dələduzluq hadisəsində istifadə edildiyini aşkar edib.
Fukuoka polisi telefon fırıldaqçılığı ilə mübarizə səylərini artıracağına söz verib. Ekspertlər deyirlər ki, bu iş təhlükəli yeni tendensiyaya işarə edir: yəni keçmiş qurbanların cinayətkarlar tərəfindən işə götürülməsinə...
Yaponiya Milli Polis Agentliyinin məlumatına görə, təkcə 2024-cü ildə 15 mindən çox yaşlı yapon bu cür fırıldaqların qurbanı olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə