...Beynəlxalq alimlər qrupu Monqol səhrasını keçən 321 kilometr uzunluğundakı sirli Qobi Divarı haqqında sensasion kəşf edib. Yeni məlumatlar bu qədim abidə haqqında anlayışı tamamilə dəyişir.
SİA-nın məlumatına görə, araşdırma Land elmi jurnalında dərc olunub.
Yerusəlim İvrit Universitetinin arxeoloqları Monqolustan və ABŞ-dan olan həmkarları ilə birlikdə divarın XI-XIII əsrlərdə Si Sya dövlətinin dövründə tikildiyini müəyyən ediblər. Populyar inancın əksinə olaraq, bu, sadəcə müdafiə quruluşu deyil, ərazi üzərində mürəkkəb nəzarət sistemi olub.
Tədqiqata rəhbərlik edən professor Qideon Şelah-Lavi izah edib ki, “…Qobi divarı bir neçə funksiyaya xidmət edib: ticarət axınlarını tənzimləyib, sərhədləri qeyd edib və imperiyanın gücünü nümayiş etdirib”.
Divarın unikal dizaynı öz mühəndislik incəliyi ilə alimləri heyran edib.
Qədim inşaatçılar daş və ağacla möhkəmləndirilmiş çubuq torpaqdan istifadə ediblər və istehkamları sərt səhra mənzərəsinə ustalıqla birləşdiriblər.
Qarnizonların yerləşməsinə xüsusi diqqət yetirilirmiş - onlar həmişə su mənbələrinin və ağac ehtiyatlarının yaxınlığında tikilirmiş.
Arxeoloji tapıntılar göstərir ki, divarın müxtəlif hissələri təxminən iki minillik ərzində, yəni eramızdan əvvəl II əsrdən 19-cu əsrə qədər istifadə edilmişdir. Bu, onun Mərkəzi Asiya hökmdarlarının bir çox nəsilləri üçün strateji əhəmiyyətini sübut edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə