...2025-ci ildən etibarən çimərliklər üç kateqoriyaya bölünür və onların hər biri öz növbəsində təhlükəsizlik tələblərinə cavab verir.
SİA-nın məlumatına görə, yeni çimərlik təsnifatı qaydaları 2025-ci ildə qüvvəyə minib. İndi onlar üç kateqoriyaya bölünür.
...Mavi Bayraq təsnifatına layiq görülmüş çimərlik ən yüksək tələblərə və keyfiyyət standartlarına cavab verir.
“Yaşıl bayraq” orta səviyyəli çimərliyə, “sarı bayraq” isə əsas çimərliyə verilir.
Çimərliyə hansı “bayraq” verilməsindən asılı olmayaraq, o, təhlükəsizlik tələblərinə, təmiz su və qum, ekoloji standartlara cavab verən infrastruktura malik olmalıdır.
Qeyd edək ki, daha əvvəl Anapa və Temryuk rayonunun çimərlikləri üzgüçülük üçün təhlükəli olaraq qaldığı bildirilib.
Xatırladaq ki, ötən il dekabrın 15-də Kerç boğazında baş vermiş tufan nəticəsində “Volqoneft 212” və “Volqoneft 239” tankerləri batmışdı; evakuasiya zamanı 27 dənizçi xilas edilib, onlardan biri ölüb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə