...Rusiya Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutunun alimləri Moskva Dövlət Universitetinin həmkarları ilə birlikdə enerjisi 300 teraelektronvolt (TeV) olan kosmik qamma-kvant hissəciyini kəşf ediblər.
SİA bu barədə rus saytlarına istinad edir.
Bu hissəcik Yerdən iki milyard işıq ilindən çox məsafədə fövqəlnova partlayışının nəticəsi olan indiyə qədər qeydə alınmış ən parlaq qamma-şüa partlaması, GRB221009A ilə əlaqələndirilmişdir.
Rusiya Təhsil və Elm Nazirliyi hadisənin Rusiya Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutunun Baksan Neytrino Rəsədxanasının “Kover-3” rus qurğusunda qeydə alındığını qeyd edib.
Əldə edilən nəticələr eyni hadisədə 18 TeV enerji qeydə alan Çin LHAASO rəsədxanasının nəticələrini xeyli üstələyir.
Elm adamları hələlik bu fenomen üçün dəqiq bir izahat verə bilmirlər.
Bir fərziyyə odur ki, hissəcik gözləniləndən daha qısa məsafədən gəlmiş ola bilər.
Başqa bir versiya isə hissəciklərin böyük məsafələrdə öz enerjisini saxlamasına imkan verə biləcək naməlum mexanizmin mövcudluğunu nəzərdə tutur. Keçən ilin oktyabrında beynəlxalq astronomlar qrupu PSR J0248+6021 pulsarının yaxınlığında çox yüksək enerjili (VHE) qamma şüaları aşkar ediblər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə