...Leonardo DNT Layihəsindən olan beynəlxalq tədqiqatçılar qrupu kəşfləri və yaradıcılığı hələ də təxəyyülü heyran edən İntibah dahisi Leonardo da Vinçinin DNT-sini yenidən qurmağa yaxınlaşıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Leonardo da Vinci DNT Project (LdVDNA) məlumat yayıb.
Alimlər 21 nəsil və 400-dən çox insanı - 1331-ci ildən bu günə qədər əhatə edən 30 illik genealoji tədqiqat aparıblar. Arxiv mənbələrinə əsaslanaraq Leonardonun atasından və onun ögey qardaşından tutmuş 15 müasir nəslinə qədər kişi şəcərəsini izləmək mümkün olmuşdur. Onlardan altısı kişi xətti ilə ötürülən unikal Y-xromosomal markerin qorunub saxlanmasını təsdiqləyən DNT analizindən keçib.
Eyni zamanda, Vinçidəki Santa Croce kilsəsində arxeoloji qazıntılar aparılıb, burada, ehtimallara görə, Leonardonun qohumları - baba Antonio, Françesko əmi və ögey qardaşlar dəfn edilib.
Tapılan kişi qalıqlarından biri artıq paleogenetik tədqiqatlardan keçir. Əgər onun Y xromosomu canlı nəslin DNT-si ilə uyğun gəlsə, bu, nəsil ağacının doğruluğunu təsdiq edəcək və Leonardonun əlyazmalarında və ya rəsmlərində qalan bioloji izləri təhlil etməyə yol açacaq.
…Məqsədimiz təkcə da Vinçi nəsil ağacını bərpa etmək deyil, həm də onun DNT-sini öyrənmək üçün elmi əsas hazırlamaqdır.
Bunu tədqiqatçı qeyd edir.
Komanda Leonardonun dahiliyinin genetik köklərini - onun kəskin görmə qabiliyyətini və yaradıcılıq istedadını, eləcə də onun mümkün xəstəliklərinin və ölümünün səbəblərini açmağa ümid edir.
Müəlliflər Leonardonun mənşəyi haqqında mifləri də təkzib ediblər. Onun anası Katerina, ehtimal ki, florensiyalı bankir Vanni di Nikkolonun evində qul, atası isə gənc notarius olub. Antonio babasının təkcə fermer deyil, həm də İspaniya ilə Şimali Afrika arasında səyahət edən tacir olduğu ortaya çıxıb. …21-ci əsr əbədi olaraq itirdiklərimizlə bir daha kəşf edə biləcəyimiz şeylər arasındakı xətti dəyişir. Ola bilsin ki, çox yaxında Leonardo bizə tamamilə yeni, bioloji tərəfdən açılacaq.
Bunu ayihənin koordinatorlarından biri Cessi Ausubel vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə