Mütəxəssisin fikrincə, orqanizmin qocalması dözümlülüyün azalması və məşqdən sonra uzun müddət bərpa olunmasından xəbər verir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, rusiyalı həkim Olqa Tkaçevanın sözlərinə görə, qocalığın yaxınlaşması təkcə pasportdakı rəqəmlər və qırışlarla deyil, həm də yuxu pozğunluğu kimi əlamətlərlə ifadə olunur.
Bundan əlavə, mütəxəssis əzələ kütləsinin, dözümlülüyün azalması və məşqdən sonra uzun müddət bərpa müddəti, yerişin eləcə də duruşun dəyişməsi, diqqətin, əhval-ruhiyyənin aşağı düşməsini orqanizmin qocaldığını göstərən “səssiz” əlamətlərlə əlaqələndirib.
Bu əlamətlər təbii görünsə də, həkim onlar görünəndə müayinədən keçməyi tövsiyə edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə