Minsk sakini külli miqdarda dollar tapıb və...

...cinayət işlərində müttəhim olub

...Belarusda, Minskdə qadın öz ata-baba yurdundan tapdığı dolları dəyişmək istəsə də, sonda cinayət işinə bulaşıb.

SİA xəbər verir ki, bu barədə Dövlət Məhkəmə Ekspertizası Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Deməli, 38 yaşlı Minsk sakini banka 1996-cı il tarixli 5 ədəd 100 dollarlıq əskinasla gəlib.

Kassir dolların saxta olmasından şübhələnib və polisə müraciət edib.

Və sonradan məlum olub ki, qadın evi nənəsindən miras alıb. Təmir zamanı o, döşəmənin altında bir yığın əskinas aşkar edib və tapdığı dolların mənşəyindən xəbərsiz olaraq onları dəyişdirmək qərarına gəlib.

Əskinaslar ekspertizaya göndərilib və əskinasların ofset çap məhsulu olduğu ortaya çıxdı.
...Saxta pulların satışı ilə bağlı cinayət işi açılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə