Arxeoloqlar insan əcdadlarının “itirilmiş dünyasını” tapıblar...

Madura boğazında Homo erectus qalıqları aşkar edilib...

...Hollandiya, İndoneziya, Avstraliya, Almaniya və Yaponiyadan olan beynəlxalq arxeoloqlar qrupu Yava adasının yaxınlığındakı Madura boğazının dibində qədim insan əcdadları Homo erectusun kəllə sümüyünün fraqmentlərini və 36 növ heyvanın qalıqlarını aşkar ediblər. SİA-nın məlumatına görə, tədqiqat Quaternary Environments and Humans (QEH) elmi jurnalında dərc olunub.

…Leyden Universitetindən (Almaniya) həmmüəllif Harold Berquis izah edir ki,.. biz ilk dəfə olaraq Homo erectusun təkcə Yava adasında deyil, həm də Sundalandın geniş düzənliklərində – Asiya qitəsi ilə İndoneziya adaları arasında qədim quru körpüsündə məskunlaşdığına dair sübut əldə etdik.

Xüsusi maraq kəsb edən heyvan cəmdəklərinin izləri idi. Tapıntılar göstərir ki, qədim insanlar fəal şəkildə iri öküzləri ovlayır və sümük iliyi yığırdılar.

Bu, qədim insanların müxtəlif qrupları arasında mədəni mübadiləni göstərə bilər. Digər mühüm kəşflər arasında tısbağa qabıqlarının kəsildiyinə dair sübutlar, pəhrizin mühüm hissəsi olan qabıqlı balıqların qalıqları və Asiya begemotları, Komodo əjdahaları və çay köpəkbalığı kimi nəsli kəsilmiş heyvanların sümükləri daxildir.

Tədqiqatçıların fikrincə, tapıntıların yaşı 140 min il olub. O dövrdə Sundaland müasir Afrika savannasına - fillərin, kərgədanların və digər iri heyvanların yaşadığı çaylar boyunca meşələri olan quru çöllərə bənzəyirdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə