Onkoloq itlərin heyrətamiz qabiliyyətdən danışıb...

Xüsusi molekulları tanımaq qabiliyyətinə görə itlər xərçəngi erkən mərhələdə aşkar edə bilirlər. Üstəlik, dördayaqlı “diaqnostiklərin” dəqiqliyi 93 faizdir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onkoloq Vadim Pokrovski və reabilitasiya mütəxəssisi Sergey Aqapkin itlərin heyrətamiz qabiliyyətindən danışıblar. Həkimlərin fikrincə, dördayaqlı ev heyvanları insanlarda xərçəngi erkən mərhələdə aşkar edə bilir.

İtlər bu qabiliyyəti xərçəng hüceyrələrinin ifraz etdiyi xüsusi molekulları tanımaq qabiliyyətinə görə əldə ediblər. Bu molekullar bioloji mayelərdə - sidikdə, tərdə və ekshalasiya edilmiş havada olur.

Nəticədə, it bu molekulları 93 faizə qədər dəqiqliklə aşkar edə bilir.

Həkim bunu “Rossiya 1” telekanalının efirindən bildirib. Bununla belə, onkoloq vurğulayıb ki, xərçəng diaqnozu qoyularkən yalnız itin qoxu duyğusuna etibar edilməməlidir. Bundan əlavə, əgər ev heyvanı sahibinin qoxusunun dəyişməsinə reaksiya verməyə başlamışsa, bu, xəstəliyin artıq irəlilədiyini göstərə bilər.

...Və bu həkimə müraciət etmək üçün bir səbəbdir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə