Moskvada 40 yaşlı qadın 14-cü övladını dünyaya gətirib.
SİA-nın məlumatına görə, bunu paytaxtın Səhiyyə İdarəsi bildirib.
Yeni körpəni V.V. Veresaeva adına doğum evinin həkim briqadası dünyaya gətirib.
Doğuş təbii yolla, epidural anesteziyadan istifadə edilmədən baş verib.
Qadın əvvəllər on üç uşaq dünyaya gətirib və bütün hamiləlikləri uğurla başa çatıb.
...Qadın onun 14-cü doğuşu olduğunu bildirdikdə xoş təəccübləndik. Adətən, çoxsaylı doğuşlardan sonra qadınlar keysəriyyə əməliyyatına üstünlük verirlər, lakin o, inamla normal doğuşa doğru irəliləyirdi, -bunu mama-ginekoloq Nadejda Terexova bildirib.
Ana hər yeni doğulan körpəni görməkdən xoşbəxt olduğunu və analığı Tanrının bir hədiyyəsi kimi qəbul etdiyi üçün sevincini bölüşüb. O, əvvəlcə karyera qurmaq istədiyini, lakin taleyin başqa cür qərar verdiyini vurğulayıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə