...Avstraliyalı tibb bacısı səyahət agentliyi tərəfindən aldadılaraq, 19 min dollardan məhrum olub.
SİA-nın məlumatına görə, ABC telekanalı xəbər verir ki, avstraliyalı səyyah turizm agentliyinin vicdansız hərəkətləri ucbatından çoxdan gözlənilən səfərdə xeyli pul itirib.
Deməli, Kvinslenddən olan tibb bacısı Donna Lambert müsbət rəylərə aldandıqdan sonra Traveldream vasitəsilə tətil sifariş etmək qərarına gəlib. O, həyat yoldaşı ilə səyahətə 19 min dollar xərcləyib.
Marşrut proqramına Vankuverdən Alyaskaya səyahət, həmçinin Las-Veqasa və Böyük Kanyona səfərlər daxil imiş. Lakin səfərin lap əvvəlində məlum olub ki, turizm agentliyi yalnız aviabiletlərin pulunu ödəyib.
…Və məlum olub ki, şirkət 2020-ci ildən tələb olunan lisenziya olmadan fəaliyyət göstərirmiş və 2025-ci ilin aprelində müflis olduğunu elan edib.
Bir çox müştərilər pulunu ödədikləri xidmətləri itirərək çətin vəziyyətə düşüblər.
…Bütün lazımi tədbirləri görsəm də, tamamilə məhv oldum. Tövsiyələrə əməl edərək tam sığorta və bütün ödənişləri vaxtında etdim. İndi başladığımız yerə qayıtdıq, - deyə zərərçəkmiş paylaşıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə