…1857-ci ildə "Koning Willem de Tweede" adlı ticarət gəmisi şiddətli fırtınada batıb. 165 ildən sonra arxeoloqlar gəmini kəşf edə biliblər.
Arxeoloqlar 1857-ci ildə batmış Hollandiyanın Koning Willem de Tweede ticarət gəmisini tapdıqlarını düşünürlər.
Gəminin Honq-Konqdan çıxdığı və 400 çinli mədənçini Robe limanına endirdiyi məlum olub.
SİA-nın məlumatına görə, 1857-ci il iyunun sonunda gəmi fırtınaya düşüb. Kapitan gəmini quruya sürməyə müvəffəq olsa da, gəmi parçalanaraq batıb. Nəticədə 16 nəfər həlak olub.
Arxeoloqlar bu yaxınlarda Cənubi Avstraliya sahillərində batan gəmi aşkar ediblər. Yaxınlıqda qədim Çin keramikasının fraqmentləri və lövbər mexanizminin dəmir elementləri aşkar edilib. Maqnitometr 42 metrlik gəminin ölçülərinə uyğun gələn iri dəmir artefaktları da aşkar edib. Arxeoloqlar ümid edirlər ki, gəmidə ekipajın daşıdığı xəzinələr var.
“Planet Today” xəbər verir ki, gəminin qalıqlarının çıxarılması üzrə işlər davam etdiriləcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə