...Hindistanda Uttar Pradeş ştatından olan qadın ərini çoxarvadlılıqda ittiham edib.
SİA xəbər verir ki, bu barədə yerli KİV yazır. Müzəffərnaqarlı müəllim polis Rahul Kumarla evlənib və daha sonra ona qarşı şikayət edib.
Qadın bildirib ki, toydan sonra əri çox içki içməyə başlayıb və onu döyüb. Müəllim deyib ki, döyülmələr hamiləliyin üçüncü ayında aşağı düşməyə səbəb olub.
Hindistanlı qadın onu da öyrənib ki, Kumarın artıq dörd gizli arvadı var: Nişi, Sonu, Manorama Devi və Şivani. ..
News9Live xəbər verir ki, müəllim polisin beşinci qeyri-qanuni həyat yoldaşıdır və onun sözlərinə görə, kişi hazırda altıncı nikaha hazırlaşır.
Nəticədə o, əri, anası və böyük qardaşından şikayət ərizəsi yazıb.
Hindistanlı qadın hesab edir ki, Kumarın qohumları bu işdə onu tam dəstəkləyirlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə