...Proqnozları müasir reallıqlarda xüsusilə aktuallaşan məşhur rus “ağsaqqalı” (startsa-A.B.) Odessalı İon peyğəmbərlikləri məlum olub.
SİA-nın məlumatına görə, bu barədə “Kulik” xəbər agentliyi yazır.
“Ağsaqqal”a görə, Rusiyanı və onun mənəvi potensialını qorumaq üçün tarixin dönüş nöqtələrində imanı və milli birliyi gücləndirməyə qadir olan genişmiqyaslı xaç yürüşü keçirmək lazımdır.
“Ağsaqqal” öz təlimlərində ənənəvi dəyərlərdən və xristian inancından uzaqlaşan dövlətlərin getdikcə dünya səhnəsindən silindiyini vurğulayıb.
O, Amerikada və bir sıra Avropa ölkələrində mənəvi böhrana xüsusi diqqət yetirib, onun sözlərinə görə, əxlaqi təlimatlar itirilib.
Peyğəmbərlikdə ruslara səmimi iman və dua praktikasını qorumağa çağırış var.
Rusiyada saleh insanlar yaşayırsa, ölkənin gələcəyi var...
Bunu Odessalı İon deyir...
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə