...Kazanda 1969-cu ilin QAZ-21 Volqa markalı avtomobil satılır.
Maraqlıdır ki, əfsanəvi avtomobilin cəmi 7 min kilometr qət etməsi, onu demək olar ki, əsrimizin 60-cı illərinin sonlarından yeni avtomobil edir.
SİA xəbər verir ki, satıcı elanda avtomobilin konkret layihə üçün alındığını, lakin ideyanın həyata keçirilmədiyini bildirib. İndi bu nüsxənin qiyməti 350 min rubl təşkil edir.
Xatırladaq ki, QAZ-M-21 Volqa modeli 1956-1970-ci illərdə Qorki Avtomobil Zavodunda istehsal edilib və QAZ-M-20 “Pobeda”-nın "varisi" hesab olunur.
…Belə bir versiya var ki, “ulduz” ilə xarakterik ön hissə marşal Georgi Jukov (başqa bir versiyaya görə, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Bulqanin-A.B.) avtomobilin orijinal dizaynını bəyənmədikdən sonra dəyişdirilib.
Belə ki, sonradan avtomobilə daha “ziyafət” görünüşü vermək üçün radiator barmaqlığına bir ulduz əlavə etmək qərara alındı.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə