Baltik dənizinin dibində 10 min illik divar aşkar edilib...

...Alimlər hesab edirlər ki, Avropada qədim insanların həyatı haqqında biliklər yanlış ola bilər. Onları bu cür düşünməyə arxeoloqların kəşfi vadar edib.

SİA-nın məlumatına görə, Baltik sularının altında gizlənmiş qədim divar tapıblar.

Almaniya və Danimarka arasındakı körfəzdə Baltik dənizinin dibində 10 min il əvvəl tikilmiş 900 metrlik daş divar aşkar edilib.

Divar Almaniyanın Rerik şəhəri yaxınlığında 22 metr dərinlikdə yerləşir. Arxeoloqlar onun eninin 2,5 metr olduğunu, divarın isə 1700 daşdan tikildiyini müəyyən ediblər.

Divarın Mezolit dövründə tikildiyi güman edilir. Ancaq 1500 ildən sonra divar su altında qalıb. Alimlər hesab edirlər ki, divar səthdə olduğu dövrlərdə ondan ov etmək, içəriyə heyvan sürmək üçün istifadə olunub.

İndi tədqiqatçılar qədim insanların həyatı ilə bağlı fərziyyələrinin doğruluğuna şübhə edirlər.

Əvvəllər hesab olunurdu ki, ovçu-toplayıcılar irimiqyaslı tikililər tikməyən köçərilərdir.

Bununla belə, divar daha inkişaf etmiş sosial strukturlardan bəhs edir. Bundan əvvəl alimlər Avstriyada qeyri-adi üsulla mumiyalanmış mumiya aşkar ediblər.

Alimlər Yer kürəsində ilk kütləvi yoxluğun təfərrüatlarını da açıqlayıblar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə