Yayda sərxoş olmaq qışdan daha asandır...

İsti havalarda spirt bədəndən daha yavaş xaric olur...

...Naqoya Universitetinin (Yaponiya) alimləri müəyyən ediblər ki, isti mövsümdə intoksikasiya vəziyyəti daha tez baş verir, qışda isə orqanizm alkoqollu içkilərdən karbohidratları daha aktiv şəkildə mənimsəyir.

SİA-nın məlumatına görə, araşdırmanın nəticələri Nature Communications jurnalında dərc olunub.

Təcrübələr yay və qışı simulyasiya edən şəraitdə yetişdirilən siçanlar üzərində aparılıb. Qış mühitində yaşayan siçanlar spirt intoksikasiyasından daha tez sağaldılar.

Tədqiqatın aparıcı müəllifi, professor Takaşi Yoşimuranın sözlərinə görə, bu, kəskin alkoqol zəhərlənməsi hallarının niyə yay aylarında daha çox baş verdiyini izah edə bilər.

…Tədqiqatın ikinci hissəsində insanlarla yaxın qohum olan primat rhesus makakalara diqqət yetirilib.

Alimlər spirtli içki qəbul etdikdən sonra bir il ərzində meymunların bədəninin 80 müxtəlif toxumasında 54 mindən çox genin ifadəsini təhlil ediblər.

Onlar müəyyən ediblər ki, qadınlarda qış-yaz dövründə karbohidrat mübadiləsinə cavabdeh olan genlərin aktivliyi xüsusilə nazik bağırsağın birinci bölməsi olan onikibarmaq bağırsaqda artır.

Bu, məhdud qış pəhrizi şəraitində, o cümlədən spirtli içkilərdən bədənə enerjini daha səmərəli şəkildə çıxarmağa imkan verir.

Tədqiqatın müəllifləri hesab edirlər ki, bu cür mövsümi qanunauyğunluqlar insanların qışda kökəlməyə meylini izah edə bilər, həmçinin orqanizmin spirtə reaksiyasını qiymətləndirərkən ilin vaxtını nəzərə almaq zərurətini vurğulayır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə