...İspaniyada valideynlər xəstəliyin qarşısını almağın yeganə yolu olduğuna inanaraq 4 ilə yaxın uşaqlarını qapalı yerlərdə saxlayıblar.
Yerli hüquq-mühafizə orqanları uşaqların uzun müddət binanın içərisində olduğunu bildirən qonşunun zəng etməsindən sonra onları tapıblar.
SİA-nın məlumatına görə, araşdırma zamanı məlum olub ki, ikisi səkkiz yaşlı əkiz və on yaşlı oğlan olmaqla üç uşaq 1200 gün dalbadal evdən çıxmayıb.
Pəncərələr ciddi şəkildə bağlanıb, təmiz havanın daxil olmasına mane olubvə lazımi ləvazimatlar kuryer vasitəsilə çatdırılıb.
Polis binalara baxış zamanı maska və birdəfəlik uşaq bezləri taxmış uşaqlar tapıb.
Valideynlər uşaqların səhhətinin pis olduğunu və onlarda xroniki xəstəliklərin olduğunu iddia ediblər, lakin 2019-cu ilin tibbi arayışlarında patologiyaların olması təsdiqlənməyib. Ev antisanitariya vəziyyətində olub, yəni zir-zibil içində...
Uşaqlar ətrafdakı reallıqla heç bir əlaqəsi olmayan tənha bir həyat sürürmüşlər.
Oğlanlar tapıldıqdan sonra sosial işçilər tibbi yardım göstərərək uşaqları himayələrinə götürüblər. Ailə indi hüquqi məsuliyyətə cəlb olunur və valideynlər müvafiq cəzanı gözləyirlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə