...Pəhrizdə olan balqabaq toxumu kişi sonsuzluğu riskini azaldır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə rusiyalı dietoloq danışıb.
Həkim vurğulayıb ki, bu məhsulda insulin, həmçinin sperma hərəkətliliyini artıran mikroelementlər var.
Bundan əlavə, balqabaq tumunun tərkibində olan E vitamini, sink, həmçinin Omeqa-3, Omeqa-6, maqnezium və kalium da kişilərin sağlamlığına təsir göstərir.
Onlar testosteronu artıraraq damar sisteminə faydalı təsir göstərirlər.
Dietoloq əlavə edib ki, balqabaq tumlarının tərkibində çanaq orqanlarında qan dövranını yaxşılaşdıran L-arginin amin turşusu da var.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə