Yaponiyada qeyri-adi hadisə baş verib.
SİA-nın məlumatına görə, bir metr uzunluğunda olan ilan "Şinkansen" yüksəksürətli qatarının hərəkətini ciddi şəkildə pozub.
Sürünən elektrik xəttinin ətrafına dolanaraq qısaqapanmaya səbəb olub və ölkənin ən işlək dəmir yolu marşrutlarından birini tamamilə dayandırıb.
Yaponiyanın hazırda “Qızıl həftə”nin ortasında olması, milyonlarla insanın qohumlarını ziyarət etmək və ya tətilə getmək üçün ölkəni gəzdiyi milli bayramlar dövrü olduğunu nəzərə alsaq, hadisənin təsiri xüsusilə nəzərə çarpırdı. Hərəkətin dayandırılmasına baxmayaraq, qatar vaqonlarının elektrik enerjisi ilə təchizatı saxlanılıb, işıqlandırma və kondisionerlərin işləməsi təmin edilib.
Bir "Şinkansen" mütəmadi olaraq elektrik kəsilməsi səbəbindən ilk dəfə gecikmə yaşadığını söyləyib.
... SİA xatırladır ki, ilin əvvəlində Rusiyada, Balaşixada ilan qadının hamam otağına girmişdi.
Bundan əlavə Moskvada zəhərli ilan zoopark işçisini öldürmüşdü.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə