...SİA-nın məlumatına görə, “Anadolu” xəbər verir ki, 19-cu əsr Osmanlı rəssamı Usman Həmdi bəyin “Qəhvə hazırlayan” əsəri İngiltərədə hərracda 1 milyon funta (1,3 milyon dollar) satılıb.
...1881-ci ildə çəkilmiş rəsm, 50 sənət əsərinin təqdim edildiyi Sotheby's-də ən bahalı lot olub.
Deyilənlərə görə, rəsmi anonim telefon alıcısı alıb.
...Rəsmdə sarayın dəbdəbəli mühitində qəhvə hazırlayan iki gənc qadını təsvir edilib. 1910-cu ildə rəsm şəxsi kolleksiyaçı Sadik Yadigarov tərəfindən Gürcüstandan alınıb; 1930-cu ildə Vyanada şəxsi kolleksiyaya daxil olub və 2008-ci ilə qədər başqa bir Avstriya kolleksiyaçısının ixtiyarına keçənə qədər burada qalıb.
Verilən məlumata görə, aristokrat bir Osmanlı ailəsindən olan rəssam Usman Həmdi bəy 1860-cı illərdə Parisdə təhsil alıb. Valideynləri oğlunu hüquq öyrənmək üçün Fransaya göndəriblər, lakin o, rəssamlıq və arxeologiya təhsili alıb.
19-cu əsrin sonlarında Avropada şərq mövzulu rəsmlər dəbdə idi. Türk mədəniyyətini bilməsi Həmdi bəyə böyük üstünlük verib və onun məşhur sənətkar olmasına imkan yaradıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə