Jirinovskinin pasportu bir milyon rubldan baha qiymətə satılıb...

Ticarət platforması xəbər verir ki, Vladimir Jirinovskinin xarici pasportu Sankt-Peterburqda keçirilən hərracda 1,1 milyon rubla, başlanğıc qiyməti 100 min rubla satılıb.

SİA-nın məlumatına görə, bazar günü saat 19:00-da başlayan hərraca keçmiş LDPR liderinin avtoqrafı və vizaları olan sovet tipli pasportu daxil edilib.

Sənəd yaxşı vəziyyətdədir. Dərc edilmiş pasport şəklinə görə, 1992-ci il oktyabrın 19-da 5 il müddətinə verilib.

Rusiyalı siyasətçi və şərqşünas, LDPR-nin qurucusu və lideri Vladimir Jirinovski uzun sürən xəstəlikdən sonra 2022-ci il aprelin 6-da vəfat edib.

Bundan əvvəl Jirinovskinin Putinlə Tramp arasında danışıqları qabaqcadan gördüyü bildirilirdi..?

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə