SİA-nın məlumatına görə, Meksikanın Monterrey şəhərində yerləşən muzeydə insident baş verib. Belə ki, muzeyin əməkdaşı Dunkan Jivaqonun heykəlini sındırıb. Bildirilir ki, işçi bunu təsadüfən yerli muzeyə gələnlərə nümayiş etdirilərkən eksponata toxunaraq edib.
...Sınıq heykəl müasir rəssam Jivaqo Dunkana məxsus olub. O, “Romantik Primitivizm” sərgisi çərçivəsində muzeyin qonaqlarına nümayiş etdirilib.
Hadisədən sonra qurumun mühafizəçiləri onu başqa otağa aparıblar.
Sərginin dəyəri 630 min Meksika pesosu olaraq qiymətləndirilib ki, bu da Rusiya pulu ilə 2,6 milyon rubl təşkil edir.
Muzeyin rəhbərliyi hələlik hadisə ilə bağlı açıqlama verməyib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə