84 yaşlı türk ərəb dilini öyrənir və...

...nəslinə hədiyyə olaraq əl ilə Quran “yazır”...

...Türkiyə sakini Hilmi Şehitoğlu 84 yaşında övladlarına və nəvələrinə xatirə olaraq ötürmək istədiyi Qurani-Kərimi əl ilə köçürərək arzusunu həyata keçirib.

SİA-nın məlumatına görə, adam 71 yaşında ərəb dilini və xəttatlıq sənətini öyrənməyə başlayıb.

Hilmi həmişə biliyə böyük təşnə olub.

Uşaq ikən evindən 10 km aralıda yerləşən məktəbə piyada gedib. 1966-cı ildə Ankara Universitetinin İqtisadiyyat və Ticarət fakültəsini bitirib. Təqaüdə çıxandan sonra Osmanlı türkcəsini öyrənməyə başlayıb və 71 yaşında ərəb dilini öyrənib.

Hilmi Şehitoğlu nəslinə nələr qoya biləcəyini düşünüb. Və o, bəşəriyyət üçün ən dəyərli irsin Quran olduğunu deyərək onun mətnini əl ilə yenidən yazmağa qərar verib.

…70 yaşından sonra ərəbcə oxumağı və yazmağı öyrənməyə başladım. Ərəb hərfləri yazmağa başladım və insanlar bunu gözəl yazdığımı dedilər. Bu, məni ruhlandırdı və öz-özümə soruşdum: mən Quranı yenidən yaza bilərəmmi?

Şehitoğlu xatırlayır.

...Hilmi öz işinə həm ibadət, həm də gələcək nəsillərə hədiyyə kimi baxır.

...Qurani-Kərimin mətnini yazmaq mənə dinclik, ruhi sakitlik verdi. Özümdə əbədi mənəvi irs qoyub gedə biləcəyəm. Bu mənim üçün ən böyük xoşbəxtlikdir, -deyir Hilmi Şehitoğlu. O, hər övladı üçün əlyazma mətninin surətini çıxarıb.

...Hər kəsə nəsihət etmək istərdim: "Oxu", bu Quranın ilk sözüdür, bütün həyatım odur"

Bunu da Hilmi Şehitoğlu bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə