Mükəmməl vəziyyətdə olan nadir "Volqa" satışa çıxarılıb

...Retro avtomobil həvəskarları və kolleksiyaçıları 1963-cü ilin əfsanəvi “Volqa”sının sahibi olmaq şansına sahibdirlər.

SİA-nın məlumatına görə, Omskda unikal yaşıl avtomobil satışa çıxarılıb, sahibinin dediyinə görə, o, orijinal formasında 98 faiz qorunub saxlanılıb.

Maşının qiyməti 790 min rubl olsa da, lakin satıcı real alıcılarla danışıqlara açıqdır.

Başqa maşınlara barter nəzərə alınmır. Sahibi avtomobilin əlavə investisiya tələb etmədiyini və onun yürüşünün cəmi 10 min kilometr olduğunu iddia edir.

Elanda qeyd olunurdu ki, QAZ-21 çox səliqəli istifadə olunub, bu onun əla vəziyyətdə olması və az yürüşü ilə təsdiqlənir.

Maşının cəmi iki sahibi olub. QAZ-21 1956-1970-ci illərdə istehsal edilib və bu müddət ərzində bu modelin 600 mindən çox avtomobili konveyerdən çıxıb.

“Volqa”dan taksi və təcili yardım kimi də istifadə olunurmuş.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə