Hollandiya alimləri ölümdən sonra həyatın mümkün olduğuna inanırlar

Alimlər ölümdən sonrakı həyatın mümkünlüyünü sübut edən klinik ölüm hallarını öyrənirlər

...Hollandiyadan olan tədqiqatçılar, neyropsixoloqlar Rivas, Dirven və Smith 70-dən çox klinik ölüm hadisəsini araşdıraraq ölümdən sonra həyatın mümkün olduğu qənaətinə gəliblər.

Xəstələr klinik ölüm zamanı ruhlarının bədəni tərk etdiyini və fiziki qabıq olmadan mövcud olduğunu bildiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, ürək əməliyyatı zamanı həkimlərin artıq öldüyünü zənn etdiyi pasiyent heç bir müdaxilə olmadan gözlənilmədən həyata qayıdıb.

Qohumlarına onun öldüyü bildirilsə də, cihaz ürək döyüntüsünü qeydə alıb.

Həmin vaxt sarğı altında olan xəstə tibb bacısının qeydləri də daxil olmaqla əməliyyat otağında baş verən hər şeyi təsvir edib.

Xəstənin sağalması və xatirələri izaholunmaz göründüyü üçün bu hadisə tədqiqatçıların diqqətini çəkib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə