Yeni Moskviç-2141 Rusiyada satışa çıxarılıb...

...Moskvada nadir bir nümunə satışa çıxarılıb: 1997-ci il istehsalı olan Moskviç-2141. Təəccüblüdür ki, avtomobil cəmi 910 kilometr qət edib.

Son 27 ildə “Moskviç-2141” qarajda qorunmuş vəziyyətdə saxlanılıb.

SİA xəbər verir ki, sahibinin dediyinə görə salonda hələ də zavod qoxusu var, maşının texniki vəziyyəti demək olar ki, mükəmməldir.

Qeyd edəık ki, bu model 1,6 litrlik benzin mühərriki (76 at gücü) və mexaniki transmissiya ilə təchiz edilmişdir. Bu, yaşıl korpusa və orijinal PTS-ə malik klassik ön təkərli 5 qapılı hetçbekdir. Maşın hec istifadəolunmayib, bazis variantda teqdim olunur.

Avtomobilin dövlət qeydiyyat nömrəsi xüsusi diqqətə layiqdir: KTU (əmək iştirak əmsalı), 303 (güzgü), 77 (köhnə Moskva).

Ayrı-ayrılıqda 150 min rubla alınması təklif olunur, avtomobilin özü isə 700 min rubl dəyərindədir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə