Yadplanetlilər niyə bizimlə əlaqə saxlamaq istəmirlər..?

Alimlər hesab edirlər ki, yadplanetlilər mövcud olmadığı üçün insanlarla əlaqə saxlamırlar..?

...Alimlər hələ də Kainatda insanlardan başqa ağıllı varlıqların olduğuna dair dəlil axtarırlar. Eyni zamanda onlar yadplanetlilərin niyə Yer sakinləri ilə əlaqə saxlamaq istəmədikləri ilə maraqlanırlar.

Alimlər yer üzündən kənar canlıları tapmağa çalışırlar. Eyni zamanda, yadplanetli həyatın mövcud olma ehtimalının 50 faiz olduğunu qeyd edirlər.

Statistik üsullar yadplanetli canlılarla qarşılaşma riskinin mövcud olduğunu göstərdiyi üçün tədqiqatçılar bunun niyə hələ də baş vermədiyini düşünürlər.

Əsas parametrlərin, o cümlədən Dreyk tənliyi adlanan analizin məlumatlarına əsaslanaraq, alimlər hesab edirlər ki, yadplanetlilər mövcud olmadığı üçün insanlarla əlaqə saxlamayıblar.

Fakt budur ki, həyatın yaranması üçün su və oksigen lazımdır. Hazırda bu tələblərə cavab verən Yerdən başqa planetlərin mövcudluğu məlum deyil.

Bundan əlavə, bəşəriyyətin texniki inkişafı o həddə çatıb ki, yadplanetli canlılar, hətta ağıllı olsalar da, insanlarla qarşılaşmaqdan qorxa bilərlər.

SİA-nın məlumatına görə, bunu texinsayder yazır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə